kəleybər
Azərbaycanin görməsi gərəkən yeləri saya gəlməz... bura cənətdən bir guşədi...görməyən bilməz
Bu gün istərdim ki kəleybərə getmeymizin hekayəsini sizinlə paylaşam.
Xanimimla fələkdən bir neçə gün çaldiq və qərar qoydik ki üç dörd gün kəleybərə sari sürək. əşyalarimizi topladiq və akşam 5 yaxinliqlarinda yola düşdük .
yazin ya belə diyək ki ilk baharin son günləridi.. iyun ya jun ayinin 5. günü idi ki yollandiq.
Təbrizdən kəleybərə 200 km. ə yaxin yol vardi ki əhərə çatmamiş GÖYCƏBEL yoxuşunacan yol quruluqdur amma o gədiki sovuşandan sonra yol yaşillaşir.
Yolda çox trafik(tixac) olmasa 2.5 a kəleybərə çatmaq olar .
Kəleybər kiçik bir şəhərdi ki bir dərənin ətrafina sarilib .
Kəleybərdən üç yol çixir ki birisi Təbrizə birisi Üskülü və Bez qalasina və birisi Araza doğru gedir .
Ilin çoxli zamanlari burada buludlu hava hakimdir və çox gözəl bir havalar burada akin etməkdədir.
Şəhərin iki ana küçəsi var ki ,birisi ondan daha əskidir və şəhərin çoxlu dükanlari o əski küçədə yerləşir.
Akşam gün batarkən biz kəleybərə çatdiq və o yerə ki öncə hazirlamişdik gedib və əşyalarimizi birakdik və şəhərdə bir tur atak diyə eşiyə çixdiq.
Bir kiçik şəhər olduğu çin, əl əyaq küçələrdən tez çəkilir .
Gecə hava bir az soyuq idi və üstumuzə yorğan çəkərək yatdiq.
Kəleybr görməsi gərəkən yelərdən biridir.
heyran edici təbiəti(doğasi) və çevrəsi var .
təbrizən gələndə yolda bir gözəl çeşmə var ki süyu çox içməlidir . bu sudan dadmaqinizi sayqila önərirəm.
Ancaq gecə həyat yoldaşiminan bir içməli çay demlədiq və biskivitinən içdiq və başimizi qoyduq yatdiq
Səhər açilanda yuxudan oyandiq və bir soyuq duş aldim və çixdim maşinin yağina suyuna baxdim və əsaslarimizi yiğişdirdiq və mindik maşina ....
Ana xiyabanda(küçədə) qala yoluna çixanda bir gözəl çörəkçi var ki dadli və yeməli çörəkləri var 2 dana küncüdli çörək aldiq və yola düşduq........
Yolun bir azin gedəndən sonra bir yol ayrimina yetişirik ki biri babək ə doğru gedir ki bura gələ dərəsi diyillər bir yeri varki gecəni çadir qurub yatmaq olar və bir neçə rsturani var biz bu resturanlara sari dönub və bir az yol qət edəndn sonra ki daha resturanlar qurtulandan sonra bir kənd yoli var ki şosə yoldi hala asfalt olmayib bu yolun başlanqicinda döşədiq və səhər yemağin(kahvalti) burada yedik.
Yola düşüb və babək qalasina sari yola düşdük oradan sonra məkidi dərəsi var ki yenə gecə qalmaqdan ötəri bir şeylər tapilar burda
Məkidi dərəsinə yetişməmik bir iki kend var ki əsas işləri heyvan saqlamaqdir ;üskülü bu kədlərdən biridi ki çox abad bir kendidir.
Biz həftə arasi bu geziyi başladiq buna görə çətin birinə ras gəlmək olurdi
Bez qalasiinin yolun sovuşandan sonra və üskülü kendin qət edəndən sonra demək 10 nəfərə raslamadiq .
Gahdan elə xəlvət(issiz) idi ki adamin canina qorxu əyləşirdi ...
Meşələr və ormanlik alanlari çox gözəl və heyran edicidi ....yaban heyvana raslamadik ama doyuncan gözəl guşlara rasladik.
Gahdan bir maşini saxlaiyb və ətrafə bir nəzər atirdiq nə qədər bu doğannin gözəlliğindan söz etsəm az demişəm
Üskülü kəndin aynaliya sari gedərkən yolun çoğunluğuü üzi yuxaridi və şosə yolun dolaysila yavaş gedməmiz gərkirdi ..
Səhər 9 da yola düşmüşdüq və saat 12.30 da yetişdiq yolumuzun ən uca yerinə
Bu daği aşaa yenərkən çoxli çobana rasladiq ki qoyun və öküz ötarirdilar qeyd etməliyəm ki müğan yayda çox isti olar buna görədə yerlilərin çoxunun meşələrdə qoruöi var və yayda isdi zamanlar yuxarilarda qallarlar .
Bir azyol gedmişidik ki bir yerli ayiləyə rasladik bir qiz uşaqi bir xanim və iki kişi
Maşin gözləyirdilər ; öz diyişləri 2 saata yaxin burada bəkəyişdeydilər ;xaniminan qərar verdik ki onlarida bir yerecən aparaq .
Oğlan qaldi və kişi xanim və o qiz uşaği ki bunlarin nəvəsidi mndilər maşina və arka bagaji da onlarin əsaslarila doldurduk və yollandiq
Yolda her yerdən söz gəldi ...çox maraqli adamkaridillar və araz qirağinda bir kenddə əyləşirdilər.
Bizim amacimiz aynali ya gedmağidi ama bu gözəl ayiliyə görə aşixli kendinəcən gedib və doslarimizi endirmək zorundaydik .
Doslarimizi aşixli kendinde yendirdik və bizə israrla çoxli peynir və yoğurt ikram eylədilər ki çox dadli və yeməlidi....
20km gedik və 20 km qayidiq ta aynali yoluna yetişiq
Sözi gedən o təpə nin başindan bir az sonra yol asfalt olub və aşixli kəndinəcən asfalt olunub
Biz aynalinii görməyi pilanlamişdiq və 1. dəfəidi ki aynaliya gedirdik və yolundan xəbərim yoxuidi....
Yolu çox xərabidi və yaman gündeidi və bir maşinlik tutumu varidi və elə bir yerləri varidi ki maşinin alti yerə sütüşürdi .... nəysə....
Hər nə müsibətinənidi aynaliya çatdiq
Gedməyə dəyərdi....
Bir neçə ceyran bir ağ içində qoruq altindaydilar və çox gözəl bir ortam yaradmişdir
Gün orta(öylə ) yemağindan sonra bir may içib və yollandiq
Bölgənin yuxari və aşağa yerlərində isdinin fərqi 20 dərəciyə yetişir ...!
Araz qiraği şçox isdidi və adami incidirdi və kandisiner(kuler ya soyuducu) çalişdirmasi gərəkir .
Nəhayət yetişdiq araz kənarina və xudafərinə sari yollandiq .
Araz gahdan yola yaxinlaşir və gahdan uzaqlaşir və çox gujlü süyu var .arada bir azərbaycan pilakali maşinlara raslaşmaq olur ki nəxcuvan dan azərbaycana yada əksinə gediş - gəlişdıdilər .
Yolun gözəlliklərindən yararlanmakdan ötəri yavaş gedirdik və arada bir foto çəkçəkdən xatir saxlayirdiq.
Bu yolun adri biləsuvar və aslanduzacan gedir bizisə xudafərindən kəleybərə sari gedəcəydik.
Xudafərin körpuləri çox maraqli və görməlidi və arada bir ki o tay kəndlərdə azərbaycan bayaqi gözə çarpir adam çox duyqulanir və şəhriyarin şeri yadima düşür ki ....
Araz da bir qilinc tək kəsdi ortani.....
Xudafərin dən 5 ya 6 km sonra yol ayrimina yetişiriq və saniram ki kəndin adi canaluidi axşam gaş gərələn çağlaridi ki biz kəleybərinən canalu arasinda yerləşən bəstamlu kəndinə çatdiq.
200 evə yaxin kəndin adami var və bizim dostumuz bu kəndin sakinlərindəndi bizi görməkdən çoxli şad oldular və bizim üçün hinquşi kəsib hazirladilar və pişidilər və yeriniz .... boş çox yapişdi ...!
Gecəni yatdiq bəstamluda və sabahisi bir gözəl kahvalti yiyəndən sonra yola düşüb və kəleybərə sari yollandiq .
əğər bu yolu görməmisiz ıəsin bu gəzəəl yolu görmənizi tövsiyə edirəm çox gözəl və heyran edici yoldu və döngəl
rin gahdan çox iti olmasina görə yavaş gedməniz gərəkir gahdan elə gözəl mənzərələrə raslanilir ki adam maşini saxliyib və tüşmək lazimdir duman bürümüş daılar və meşələrin gözəlliyini vəsf etmək olmur...
saat 10.30 da kəleybərə çatdiq .bu yolun tam uzunluqu 65 km dir və çox gözəl yoldur ....
gedməsi bir tür və gəlməsi bir türlu maraqlidir ....
kəleybər və onun çevrəsini görməzsəniz elə birki azərbaycani görməmisinz ...
dünyani gəzməyi azərbaycandan başliyalim...... 


تبريز،سفر به تبريز و ديدار از آذربايجان...، راهنماي سفر به تبريز و آنچه كه در سفر به تبريز بايد بدانيد